Rusiya Ukrayna ərazisində “Şimali Koreya” quracaq
Kreml müstəqil Ukraynaya qarşı çıxmaq üçün müvəqqəti olaraq ələ keçirdiyi ərazilərdə dövlət qurumları yaratmağa çalışacaq.
APA TV xəbər verir ki, bunu İsveçin keçmiş baş naziri Karl Bildt deyib.
“2014-cü ilə qayıdırıq: Novorossiya. Onlar Odessanı, Xarkovu istəyirdilər. Amma təbii ki, bacardıqlarını götürdülər. Dneprdən şərqi ala bilsələr, bəlkə də Odessa ələ keçər. Şimali Koreyaya bənzər nəsə yaradacaqlar. İstədiyiniz kimi adlandırın. Buna heç bir şübhə yoxdur”, - deyə İsveçin keçmiş baş naziri bildirib.
Ukrayna Baş Qərargahı isə bildirir ki, Rusiya ordu bölmələrinin Kiyev vilayətinin şimalından Belarus ilə dövlət sərhədinə çıxarılması davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib