Rusiya-Ukrayna müharibəsi şiddətlənəcək - 3 milyardlıq yardım gəlir

# 18:07
6 yanvar 2023

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın bildirib ki, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda şiddətlənəcək.

İbrahim Kalın bu barədə öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, Türkiyə tərəfi danışıqlar prosesinin bərpası üçün səylərini davam etdirəcək.

“Atəşkəsdən tutmuş əsir mübadiləsinə, taxıl tədarükündən nüvə təhlükəsizliyinə qədər Türkiyə danışıqlara yol açmaq üçün intensiv səylərini davam etdirəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Foreign Policy” nəşrinin Rusiya Ukrayna müharibəsi mövzusunda hazırladığı hesabatda bildirilib ki, Rusiya Ukrayna infrastrukturuna hava hücumları kampaniyasına başlayıb və tərəflərdən heç biri sülh danışıqlarına həqiqi həvəs göstərmir. O da qeyd olunub ki, mövcud vəziyyət 60 ildə ən yüksək nüvə qarşıdurması riskini yaradıb.

“Associated Press“ agentliyinin məlumatına görə, ABŞ Ukraynaya təxminən 3 milyard dollara yaxın yardım paketi göndərəcək. Bildirilib ki, bu yardım paketi ABŞ-ın Kiyev hakimiyyətinə indiyə qədər verdiyi ən böyük dəstəkdir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Körbinin açıqlamasına görə, ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketini, o cümlədən HIMARS sistemlərini çatdırmaq niyyətindədir. ABŞ administrasiyasının rəsmisi bildirib ki, Ukraynada son həftələrdə döyüşlər çox intensiv olub və müharibənin tezliklə bitəcəyinə şübhə edir.  “Buna görə də biz Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam edirik. Yaxın günlərdə və həftələrdə bunu necə edəcəyimizi görəcəksiniz”, – deyə Körbi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR