Rusiya-Ukrayna sərhədində ATƏŞKƏS POZULDU
Ukrayna ordusu ilə separatçı “Donetsk və Luqansk Xalq respublikaları”nın təmas xəttində gərginlik davam edir.
APA TV xəbər verir ki, Ukrayna Birləşmiş Qüvvələr əməliyyatı mərkəzi ötən sutka ərzində Donetsk və Luqansk separatçılarının atəşkəsi 8 dəfə pozduğunu açıqlayıb.
Diqqətə çatdırılıb ki, separatçılar Luqanksaya, Novozvanovka, Lobaçevo və Vodyanoy yaşayış məntəqələrini atıcı silahlardan və minaatanlardan atəşə tutub.
Qarşı tərəfdən isə bildirilib ki, Ukrayna ordusu 2 saat ərzində 9 yaşayış məntəqəsini atəşə məruz qoyub.
Atışmalarda qumbaraatanlar və minaatanların işə salındığı da vurğulanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu