Rusiya Ukraynada vurduğu hərbi obyektlərin sayını açıqladı
Rusiyanın Hava Kosmik Qüvvələri ötən gecə ərzində Ukraynada 69 hərbi obyekt vurub.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, vurulan hərbi obyektlər arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, onlardan üçü S-300 və bir Buk-M1, bir istiqamətləndirici və hədəf radiolokasiya stansiyası, 12 raket və artilleriya silahları anbarı, o cümlədən 43 hərbi texnikanın toplandığı yer var.
Rusiya MN sözçüsü Odessa vilayətində Ukrayna qoşunlarının elektron kəşfiyyat mərkəzlərini məhv etmək üçün “Bastion” sahil raket sistemlərindən istifadə edildiyini, İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv etmək üçün isə ilk dəfə “Kinjal” hipersəs raketlərindən istifadə edildiyini açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi