Rusiya Ukraynanın itirdiyi əraziləri açıqladı
Ukrayna qoşunlarının Azov dənizinə çıxışı tamamilə bağlanıb.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
““Donestk Xalq Respiblikası”nın xalq Milis qüvvələrinin aparıcı bölmələri Donetsk vilayətinin inzibati sərhədinə çatıb və Ukraynanın Azov dənizi sahili boyunca rayonlarına nəzarəti ələ keçirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissələri ilə birləşib. Bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb”, - deyə Konaşenkov vurğulayıb.
İqor Konaşenkov indiyə kimi Rusiyanın Ukraynanın hərbi infrastrukturunun 1325 obyektini vurduğunu açıqlayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib