Rusiya Ukraynanın itkilərini açıqladı / Rusiya-Ukrayna savaşı

# 13:46
1 aprel 2022

Rusiya Hava kosmik Qüvvələrinin hava hücumundan müdafiə vasitələri Lyubimovka qəsəbəsi ərazisində Ukraynanın bir Mi-8 vertolyotunu, Donetsk, Çerniqov, Korosun və Novomixaylovskoe rayonlarında 8 pilotsuz uçuş aparatını, o cümlədən Vaxovka ərazisində bir "Bayraktar TB-2"ni vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, Rusiyanın operativ-taktiki aviasiyası Ukraynanın 52 hərbi obyektini vurub: Onların arasında üç komanda məntəqəsi, üç reaktiv yaylım atəş sistemi, Buk-M1 zenit-raket kompleksi, S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar, həmçinin 10 hərbi texnikanın cəmləşdiyi ərazi və Ukrayna Silahlı Qüvvələrinin 16 dayaq məntəqəsi var.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 124 təyyarə və 81 helikopter, 353 pilotsuz uçuş aparatı, 1839 tank və digər zirehli döyüş texnikası, 202 reaktiv yaylım atəşi sistemi, 773 səhra artilleriya qurğusu və minaatan. o cümlədən 1711 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR