Rusiya Ukraynaya “Kalibr” raketləri ilə zərbələr endirib

# 13:59
26 mart 2022

Rusiya Ukrayna silahlı qüvvələrinin hərbi infrastrukturuna “Kalibr” raketləri ilə zərbələr endirib.

 

APA TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi raket zərbələrinin endirilməsi anının görüntüsünü yayımlayıb.

 

"Qara dəniz donanmasının kiçik raket gəmisinin ekipajı Ukrayna silahlı qüvvələrinin hərbi obyektlərinə 4 ədəd "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib. Dəqiq zərbə nəticəsində Jitomir vilayətinin ərazisində Ukraynanın silah və hərbi texnikanın olduğu arsenal məhv edilib”, - deyə nazirlik bildirib.

 

Rusiya MN yüksək dəqiqlikli "Oniks" qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini də açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR