Rusiya və Ukrayna Müdafiə nazirlikləri CƏBHƏDƏKİ VƏZİYYƏTİ AÇIQLADI
Ukrayna Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarılıb.
APA TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynadakı hərbi bazaların infrastrukturu sıradan çıxarılıb”.
Nazirlik ukraynalı sərhədçilərin Rusiya Ordusunun hərbçilərinə müqavimət göstərmədiklərini də əlavə edib.
Ukrayna Ordusunun Baş Qərargahı isə yerli vaxtla saat 05:00-dan etibarən Rusiya Federasiyasının hərbi qüvvələrinin Borispol, Ozernoy, Kulbakin, Çuquevo, Kramatorsk və Çernobaevka yerləşən aerodromlarına, həmçinin, hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Açıqlamada Ukrayna Ordusunun öz mövqelərini qoruduğu əlavə olunub.
DİGƏR XƏBƏRLƏR
Diplomatlar Xankəndiyə səfər etdi- şəhərdə görülən işlərlə tanış oldular
Diplomatik korpus Qarabağ və Şərqi Zəngəzura səfər edib
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib