Rusiya vətəndaşı Zaqatalada bədbəxt hadisə nəticəsində ölüb

# 15:15
7 iyun 2024

Zaqatalada bədbəxt hadisə baş verib. Rusiya vətəndaşı faciəli şəkildə ölüb. Hadisə səhər saatlarında rayonun Mamrux kəndində baş verib. Rusiya Federasiyasının Murmansk vilayətində yaşayan əslən Zaqatala rayonu Mamrux kəndindən olan, 1968-ci il təvəllüdlü Akif Muradəli oğlu Qurbanov ehtiyatsızlıqdan maye qaz daşıyan yük maşının təkəri altına düşüb. Hadisə zamanı ağır xəsarətlər alan Akif Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR