Rusiyada aeroport UNO-ya görə bağlandı, qırıcılar havalandı

# 17:59
28 fevral 2023

Rusiyanın Sankt-Peterburq şəhərində səmada görülən Naməlum Uçan Obyekt səbəbiylə bağlanan “Pulkovo” beynəlxalq hava limanı uçuşları bərpa edib.

 

Hava məkanının 200 km radiusu boyu təyin edilən uçuş qadağası yerli vaxtla saat 13:20-yə qədər davam edib.

 

Rusiya mediası qırıcı təyyarələrin dərhal havalandığını, lakin onların səmada UNO-ya rast gəlmədiklərini bildirib.

 

Xatırladaq ki, bir neçə gün öncə ABŞ, Kanada və Yaponiyada da UNO-lara rast gəlinmişdi. ABŞ havada 4 naməlum obyetin vurulduğunu bildirmişdi.

Onlardan ikisinin Çinə aid casus şarı olduğu iddia edilsə də, Çin bunu təkzib etmişdi.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR