Rusiyada hamı nüvə sunamisindən danışır: Putin düyməni basacaqmı?
"İki nəsil nüvə müharibəsi təhlükəsi olmadan yaşadı. Amma bu dövr bitdi. Putin nüvə düyməsini basacaq, ya yox? Kim bilir? Bunu heç kim bilmir. Dəqiq deyə biləcək bir nəfər də yoxdur".
Bu fikirləri BBC-yə Nobel Sülh Mükafatı laureatı, jurnalist Dmitri Muratov deyib.
O bildirib ki, aparılan intensiv təbliğat işləri nəticəsində artıq bəzi insanlar nüvə müharibəsinin pis bir şey olmadığını düşünməyə başlayıblar.
"Bəzi televiziya kanallarında nüvə müharibəsi və nüvə silahı heyvan qidası reklamı kimi təbliğ olunur. Raketlərlə faxr edirlər, nüvə sunamisindən danışırlar. Bütün bunlar niyə baş verir? Təbii ki, insanların hazır olmasını istəyirlər” - deyə, Muratov vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu