Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ - QALMAQAL
Rusiyada 2 Azərbaycan vətəndaşının yerli xanımlarla nikahı məcburi qaydada ləğv edilib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə Yamal-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.
Belə ki, ötən ilin yazında Azərbaycan vətəndaşları Noyabrskda yerli sakinlərlə nikaha girib.
Araşdırma zamanı soydaşlarımızın Azərbaycanda da evli olduqları üzə çıxıb. Nəticədə hər iki vətəndaşın nikahı qanunsuz elan olunub.
Bundan başqa, həmin Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq və işləmək icazəsi də ləğv olunub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu