Rusiyada məktəbdə atışma olub, 6 nəfər öldürülüb
Rusiya Federasiyasının İjevsk şəhərində orta məktəbdə atışma olub.
APA TV-nin Rusiya bürosu yerli mediaya istinadən verdiyi məlumata görə, hadisə İjevskin 88 saylı orta məktəbində baş verib.
Nəticədə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra özü də intihar edib. Ölənlərin dördü böyük, üçü isə uşaqdır.
Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.
Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib