Rusiyada məktəbli qız hərbi komissarlığı yandırmağa cəhd etdi
Kazanda hüquq-mühafizə orqanlarının əməkdaşları hərbi komissarlığı yandırmağa cəhd edən 11-ci sinif şagirdini saxlayıblar.
APA TV Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 3-nə keçən gecə məktəbli qız Sovet rayonunun hərbi komissarlığının binasına gəlib. O, özü ilə üç ədəd “Molotov kokteyli” götürüb. Qız onlardan ikisini çağırış taxtasına tərəf atıb, ancaq otları yandıra bilib.
Saxlanılan zaman qızdan sonuncu “Molotov kokteyli” götürülüb. İndi qız polis bölməsindədir.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı