Rusiyada səfərbərliyə çağırılan şəxs hərbi komissarı güllələyib
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk rayonunda səfərbərliyə cəlb olunan şəxs hərbi komissarı güllələyib.
APA "Lenta.ru"-ya istinadən xəbər verir ki, regionun qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib.
O, Telegram kanalında bildirib ki, atışma nəticəsində yaralanan hərbi komissar reanimasiyaya yerləşdirilib, vəziyyəti kritikdir.
O, komissara atəş açan 25 yaşlı Ruslan Zininin saxlanıldığını əlavə edib.
Onun hərbi komissar Aleksandr Yeliseyevə 6 dəfə atəş açdığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu