Rusiyadan qaçan vətəndaşlar SƏRHƏDDƏ SIXLIQ YARATDI

# 11:06
22 sentyabr 2022

Rusiyanın bir çox regionunda səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib.

 

APA TV-nin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, bir sıra regionlarda çox az sayda iştirakçı toplayan icazəsiz aksiya keçirmək cəhdlərinin qarşısı alınıb.

 

“Hazırda qanunları pozan şəxslər tutularaq məsuliyyətə cəlb olunmaq üçün polis bölmələrinə aparılıb", - deyə Rusiya DİN-dən bildirib.

 

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, saxlanılmalar 38 şəhərdə baş verib. Onların əksəriyyəti Sankt-Peterburq, Moskva və Yekaterinburqun payına düşür.

 

Yeri gəlmişkən qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra vətəndaşların əksəriyyəti ölkə xaricinə üz tutmağa başlayıb. Nəticədə quru yolu ilə axın səbəbindən sərhəd-keçid məntəqələrində sıxlıq yaranıb. Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsində yaranan sıxlığı isə vətəndaşlar lentə alaraq sosial şəbəkələrdə paylaşıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR