Rusiyalı hakerlər Britaniyanın poçt xidmətini çökdürüb
Rusiyanın “Lockbit” haker qrupu Britaniyanın “Royal Mail” poçt xidmətinin serverlərini sındıraraq onun yanvarın 12-də bütün beynəlxalq poçt göndərişlərini dayandırmasına səbəb olub.
APA xəbər verir ki, fövqəladə vəziyyət nəticəsində yarım milyondan çox bağlama və məktub qeyri-müəyyən vəziyyətdə qalıb və poçt şirkəti vətəndaşları müvəqqəti olaraq xarici göndərişlərdən imtina etməyə çağırıb.
Kiberhücumun nəticələri Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən aradan qaldırılır.
“Royal Mail” hücumun daxili poçt əməliyyatlarına təsir göstərmədiyini bildirib və əlavə şərh verməkdən imtina edib.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir