Rusiyalı oliqarxların törətdiyi DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

# 14:37
23 aprel 2022

Rusiyalı iki oliqarx eyni gündə ailə üzvlərini öldürərək, intihar edib.

 

Lent.az xarici mediaya istinadla bildirir ki, aprelin 20-i hadisə İspaniyada Girona şəhərində baş verib. Məlumata görə, “Novatek” təbii qaz şirkətinin müdir müavini işləyən 55 yaşlı Sergey Protosenya yaşadığı evdə 53 yaşlı arvadı və 16 yaşlı qızını öldürüb. Bundan sonra o, özünə qəsd edərək həyatına son qoyub.

 

Digər hadisə isə eyni gündə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. “Qazprombank”ın keçmiş müdir müavini, Kremlin keçmiş administratoru Vladislav Avayev də evdə kiçik qızı və arvadını öldürərək intihar edib. Vladislav Avayevin həyat yoldaşını öldürməzdən əvvəl ona işgəncə verdiyi bildirilir. “Qazprombank”ın keçmiş vitse-prezidenti həyat yoldaşından ona xəyanət etməkdə şübhələnib.

 

Bankir arvadının hamilə olduğunu biləndə uşağın atası özünün deyil, ailənin şəxsi sürücüsünün olduğundan şübhələnib. Sürücü isə artıq Moldovaya qaçıb. Qeyd edilir ki, qətl günü Avayev silahını götürərək arvadını sorğu-sual edib və bu zaman o, qadını əvvəlcə dizlərindən, sonra isə dirsəklərindən güllələyib. O, həyat yoldaşına ölümlə nəticələnəcək xəsarətlər də yetirib. Bundan sonra bankir əlil qızını öldürərək intihar edib.

 

İstintaqın ilkin versiyasına görə, Avayev həyat yoldaşını və yetkinlik yaşına çatmayan qızını öldürəndən sonra intihar edib. 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR