Rusiyanın Aya göndərdiyi kosmik cihaz məlumatların emalına başlayıb
Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazların işə düşdüyü və ilk məlumatların işləndiyi bildirilib. APA xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmisi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb. Açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib. “Luna-2”5 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan "Soyuz 2.1b" raketi ilə buraxılıb. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirini araşdırmaqla yanaşı, su tapmaq üçün axtarışları da davam etdirəcək
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi