Rusiyanın cənubunda 12 aeroportun fəaliyyəti dayandırılıb

# 12:10
24 fevral 2022

Rusiyanın cənubundakı 12 hava limanının fəaliyyəti martın 2-dək dayandırılıb.

 

APA TV xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi açıqlama yayıb.

 

"Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar 24 fevral 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dən etibarən Rusiyanın cənubundakı bir sıra hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Məhdudiyyət 2 mart 2022-ci il tarixi, Moskva vaxtı ilə saat 03:45-dək qüvvədədir", - tənzimləyicinin bəyanatında deyilir.

 

Qeyd edək ki, fəaliyyəti dayandırılmış hava limanları sırasında Rostov, ​​Krasnodar, Anapa, Gelencik, Elista, Stavropol, Belqorod, Bryansk, Orel, Kursk, Voronej və Simferopol aeroportları yer alıb.

 

Bu səbəbdən "Buta Airways" aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib. Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

 

Yeri gəlmişkən qeyd edək ki, Kiyevin Borispol hava limanı da sərnişin uçuşları və sərnişin qəbulunu dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR