Rusiyanın Qərbə necə cavab verəcəyi AÇIQLANDI
Moskvanın Qərbin sanksiyalarına cavabı operativ və həssas olacaq. Cavab tədbirləri üzərində iş bütün istiqamətlərdə gedir.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Birişevskiy bildirib.
Onun sözlərinə görə, iqtisadi cavab tədbirləri üzərində iş fasiləsiz, bütün istiqamətlərdə gedir və bu tədbirlər əsasən qeyri-ictimai xarakter daşıyır: “Lakin heç kəsin şübhəsi olmamalıdır ki, Rusiyanın sanksiyalara cavabı operativ, düşünülmüş və həssas olacaq”.
Rusiya XİN nümayəndəsi ölkəsinin cavab tədbirlərinin ticarət-maliyyə məhdudlaşdırılmalarına da aid olduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib