Ruslar ötən il nə qədər içki içib? - FANTASTİK RƏQƏM

# 13:07
9 fevral 2022

Rusiya sakinləri 2021-ci ildə 1,5 mlrd. litrdən çox və ya 2,23 mlrd. şüşə tünd alkoqollu içki istehlak ediblər.

 

APA TV-nin RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə tünd alkoqollu içkilərin qeyri-qanuni dövriyyəsi ilə bağlı "İqtisadiyyat Ali Məktəbi" Milli Tədqiqat Universiteti tərəfindən aparılan araşdırmada deyilir.

 

Hesablamalara görə, 2021-ci ildə tünd alkoqollu içkilərin satışı 1,56 mlrd. litr (2,23 mlrd. ədəd) təşkil edib.

 

Araşdırmaya görə, rusiyalılar evdə içki içməyə üstünlük verir: alkoqol satışının əsas kanalı pərakəndə bazar olaraq qalır, bu da satışın 98%-ni təşkil edir. İaşə seqmentində – məsələn, restoran və kafelərdə – keçən il cəmi 45-65 mln. litr spirtli içki satılıb.

 

Araşdırmada həmçinin qeyd olunur ki, 2021-ci ildə tünd alkoqollu məhsulların qeyri-qanuni dövriyyəsinin həcmi 611 mln. ədəd (27%) təşkil edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR