Rüşvət almaqda ittiham olunan jurnalist azadlıqda

# 16:56
15 aprel 2022

Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb.

 

APA TV-nin məlumata görə, bununla bağlı Masallı məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

 

Qeyd edək ki, aprelin 13-də Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək ondan 1500 manat pul alıb. Zahir Əmənov polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR