Saakaşvili azad oluna bilər – APA TV
Prezident Salome Zurabişvilinin həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməsi öz seçicilərinə daha bir xəyanəti olacaq. APA TV-nin Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Partiya sədri Prezidentin “qırmızı xətt”i keçməyəcəyinə ümid etdiyini bildirib. Kobaxidze qeyd edib ki, Salome Zurabişvili dövlət institutlarına və Konstitusiyaya müharibə elan edib və bu gün baş tutan uğursuz impiçment səsverməsi ilə dövlət “10:0 uduzub”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu