“Saakaşviliyə mükafat xalqı ələ salmaq və təhqir etməkdir”

# 19:30
27 mart 2023

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsdə olan üçüncü prezident Mixail Saakaşviliyə Norveç Mühafizəkarlar Partiyasının mükafatının təqdim edilməsinə görə hiddətlənib.

 

Bu barədə gürcü mətbuatı məlumata yayıb.

 

O bildirib ki, bu, xalqı ələ salmaq və təhqir etməkdir. Sitat: Mükafatın Saakaşviliyə təqdim edilməsi Norveçdə çoxlu sayda insanın qətlində mühakimə olunan Breyvikin hansısa ölkə tərəfindən təltif edilməsinə bərabərdir”. Sitatın sonu.

 

Qeyd edək ki, ötən həftə Saakaşviliyə Osloda Norveç Mühafizəkarlar Partiyasının həmtəsisçisi Syur Lindebrekkenin insan haqları, siyasi-iqtisadi azadlıqlar və demokratik təsisatların təşviqi mükafatı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR