Saat 8-dən sonra Göyçayda 1 addım belə atmaq olmur - KİMDİR MÜQƏSSİR?

# 15:05
14 fevral 2022

Göyçay şəhərinin Sabir, Atatürk, Mehman Muradov, 28 May və digər küçələrinin sakinləri uzun illərdir ki, gecələr işıqlandırılmayan küçələrdə yaşanan problemlərdən bezar olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, avtomobillərin müntəzəm hərəkət etdiyi bu küçələr gecə vaxtı qaranlığa qərq olur. Sakinlər deyir ki, gecənin qaranlığında itən bu küçələrdə tez-tez xoşagəlməz, bədbəxt hadisələr baş verir.

 

Bəzi küçələrdə dirəklər olsa da elektrik sistemi bərbad haldadır. Sakinlər deyir ki, işıqlandırmanın olmaması həmin küçələrdə tez-tez oğurluq hallarının baş verməsinə səbəb olur. Zülmətə qərq olan bu küçələrin qaranlığında  dolaşan sahibsiz itlərin qorxusu da sakinlərin narahatlığını artırıb.

 

Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə icra nümayəndəsi Rəşad Şükürov APA TV-nin yerli bürosuna müsahibəsində bildirib ki, Göyçay şəhərində təkcə ötən il təmir-bərpa işlərinə 15 min manat vəsait  xərclənib. Rəşad Şükürovun sözlərinə görə, hazırda işıqsız küçələrin işıqlanması ilə bağlı tədbirlər davam etdirilir, köhnə elektrik naqilləri, dirəklər və işıq plafonları yenisi ilə əvəz olunur.

 

Deyilənlərdən belə çıxır ki, sakinlərə yenə də ümidlə gözləmək qalır.


Şahnəzər Bəşirov, APA TV, Göyçay

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR