Saatlıda ər arvadını öldürüb
Saatlıda ər arvadını qətlə yetirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. Həmin kəndin sakini, 32 yaşlı Şirinov Qadir Əyyub oğlu həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızını bıçaqlayaraq qətlə yetirib. Qadir Şirinov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib