Sabah Bakıda 23 dərəcə isti olacaq – HAVA PROQNOZU
Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
ETSN-in Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq.
Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.
Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq