Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?