Sabah hava necə olacaq?
Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometereologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, axşama doğru qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz 0°-yə yaxın olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Yollar buz bağlayacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək