Bank Of Baku

Sabah hava necə olacaq?- PROQNOZ

# 14:26
15 iyul 2022

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR