Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

# 15:33
2 iyul 2022

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata əsasən, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 21-23° isti, gündüz 30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti Mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində 22-23° isti, Türkan, Hövsan, Sahil, Şıx çimərliyində isə 23-24° isti olacaq.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR