Sabah necə olacaq? - PROQNOZ

# 13:11
29 avqust 2022

Avqustun 30-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq.

 

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.

 

Dəniz suyunun temperaturuna gəldikdə, şimal çimərliklərində 23-24° isti, Cənub çimərliklərində 25-26° isti olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR