Sabah sulu qar, qar yağacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Fevralın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
DİGƏR XƏBƏRLƏR
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?