Sabah yağış yağacaq, külək əsəcək – HAVA PROQNOZU
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 17-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz:
Sentyabrın 19-da gündüz Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi