Bank Of Baku

Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ

# 13:27
11 yanvar 2021

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək. 

 

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR