Bank Of Baku

Sabah yağış yağacaq, külək olacaq - PROQNOZ

# 13:15
11 sentyabr 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  təşkil edəcək. 

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

 

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  19-24 dərəcə  isti olacaq. 

  

Tibbi-meteoroloji proqnoza görə sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR