Sabahın havası açıqlanıb - PROQNOZ

# 14:36
24 avqust 2022

 

Avqustun 25-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR