Sabahın havası: PROQNOZ AÇIQLANDI

# 13:53
1 sentyabr 2022

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR