Sabirabadda ağır qəza baş verdi
Sabirabad rayonunda baş verən avtomobil qəzada 16 yaşlı yeniyetmə ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərinin Muğan prospektində qeydə alınıb. "Mercedes-Benz" markalı avtomobillə "Azsmand" markalı avtomobilin toqquşması nəticəsində rayon sakini, 2006-cı il təvəllüdlü Mehtiyev Əvəz Yaşar oğlu ölüb. Sürücülərdən biri ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu