SABİRABADDA ATA VƏ YENİYETMƏ OĞULU GÜLLƏLƏNİB
Sabirabadda ata və yeniyetmə oğulu güllələnib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib. Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib. Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora tərəf gələrək əlindəki qoşalülə tüfəngi yerə atıb bu zaman tüfəngdən avtomatik açılan atəş onları - ata və oğulu ayaqlarından yaralayıb. Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu əvvəlcə Şirvan şəhər xəstəxanasına aparılıb, oradan isə Bakıya Respublika Klinik xəstəxanasına yola salınıb.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Əlibəy Zeynallı, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib