Sabirabadda avtoqəza olub, xəsarət alanlar var
Sabirabad rayonunda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Xəlfəli kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı minik maşınının toqquşması nəticəsində 4 nəfər - Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğlu, Yenikənd kənd sakini, 2002-ci il təvəllüdlü Mikayılov Səxavət Səfər oğlu, Şəhriyar kənd sakini, 1991-ci il təvəllüdlü Muxtarzadə Muxtar Əlövsət oğlu və Sabirabad şəhər sakini, 1992-ci il təvəllüdlü Tağıyev Musa Elman oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü