Sabirabadda daha bir azyaşlı qız evləndirilir

# 20:41
7 iyun 2022

Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmayan qızın toy mərasimi keçirilir. 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Sabirabad rayonunun Qəzli kəndində 15 gün ərzində bu artıq ikinci belə haldır. Toyun sabah iyunun 8-də rayonun Qəzli kəndində keçiriləcəyi nəzərdə tutulur. 

APA TV olaraq bu gün həmin ailəyə baş çəkib və həyətdə toy çadırının qurulduğunun şahidi oluq. Çətinliklə çəkilişə icazə alsaq da toy çadırının çəkilməsinə imkan verilmədi. Ailə qeyd etdi ki, biz toy yox nişan mərasimi keçiririk və qızın 18 yaşı  tamam olandan sonra gəlin köçürüləcək.

Sabirabad rayon icra hakimiyyətinə üz tutduq.  Onlar isə bildirdi ki, ailəyə toyun edilməsi ilə bağlı heç bir icazə verilməyib.

Sabirabad rayon icra hakimiyyətindən bizə bildirildi ki, artıq rəsmi şəkildə rayon polis şöbəsinə sabaha nəzərdə tutulan toyun dayandırılması barədə müraciət edilib.

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR