Sabirabadda oğul atasını taxta ilə vurub öldürdü
Fevralın 24-də Sabirabad Rayon Polis Şöbəsinə rayonun Moranlı kənd sakini Aqil İbadovun müxtəlif dərəcəli xəsarətlər alması ilə əlaqədar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına, ayın 25-i isə Bakı şəhəri Respublika Kliniki Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi ilə bağlı məlumat daxil olub.
APA-nın yerli bürosunun məlumatına görə, Sabirabad RPŞ-nin və rayon prokurorluğunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.İbadova xəsarət yetirməkdə şübhəli bilinən oğlu İlkin İbadlı müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İ.İbadlı bir neçə gün əvvəl atası ilə aralarında yaranmış mübahisə zəminində sonuncuya taxta parçası ilə baş nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu