Sabirabadda yük maşını aşdı, 60 ton qarğıdalı yola dağıldı
Sabirabadda qarğıdalı toxumu yüklənmiş yük avtomobili qaz xətinin üzərinə aşıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xankeçən kəndində qeydə alınıb.
60 ton qarğıdalı toxumu ilə yüklü “MAN” markalı qoşqulu yük avtomobili sərt döngədə aşıb. Nəticədə kəndə gedən qaz xətti zədələnib və avtomobildə olan yük yerə dağılıb.
Əraziyə qaz verilişi dayandırılıb. Hadisə yerinə əlaqədar qurumların məsul şəxsləri cəlb olunub. Hadisənin fəsadları aradan qaldırılır.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri