Sabirabadda zibil əlindən tərpənmək olmur

# 13:35
23 dekabr 2022

Sabirabad sakinləri şəhər küçələrində məişət tullantılarının daşınmamasından şikayətçidir.

APA TV-yə müraciət edən rayon sakinləri deyir ki, tullantılar günlərlə yığılıb qalır, mərkəzi küçələrdə antisanitariya şəraiti hökm sürür. Həmin ərazilər sahibsiz itlərin məskəninə çevrilib.

Sakinlər deyir ki, yeni zibil qutularının olmaması səbəbindən sakinlər zibili yerə atmalı  olurlar.

Sabirabad Sanitar Təmizlik Sahəsi Müəssisəsindən isə bildirildi ki, müəssisənin heç bir maddi-texniki bazası yoxdur.

Deyilənlərdən məlum olur ki, Sabirabad sakinləri hələ bir il də bu zibil dolu küçələrdə gəzməli olacaqlar. Bəs görəsən böyüməkdə olan bu zibil dənizini bir il sonra yığıb-yığışdırmaq olacaqmı?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR