Şabranda biçilmiş taxıl sahəsində yanğın nəticəsində bir neçə tikili zərər görüb
Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. FHN-dən APA-ya bildirilib ki, ilkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu