Şabranda mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb

# 02:55
23 sentyabr 2022

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb. Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yol nəqliyyat hadisəsi zamanı 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu dünyasını dəyişib. Xəsarət alan şəxslərin adları aşağıdakı kimidir: Dostuyeva Zöhrə Hüseynağa qızı (1958); Əliyeva Xuraman Paşa qızı (1974); Cəfərova Zülfiyyə Kərim qızı (1965); Əliyev Sərxan Əmiraslan oğlu (1967); Qasımova Şəfəq Kazım qızı (1976); Məmmədova Validə Rzaqulu qızı (1974); Məmmədov Fərid Mehman oğlu (1989); Əsgərov Ramiz Əjdər oğlu (1956); Seyidov Qasım İsmayıl oğlu; Ağarzayev Siracəddin Nurulla oğlu (1959); Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970); Mədətova Cəmilə Nəbi qızı (1980); Qəmbərova Reyhan Rzaqulu qızı (1965); Kərimov Fikrət Tofiq oğlu (1966); Məmmədova Təranə Abdul qızı (1977); Əsgərova Məhbubə Ağamurad qızıdır (1961). Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İki nəfərin vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR