Şabranda yanğın yenidən başladı
Şabranın ucqar dağ kəndində yeni yanğın başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın biçilmiş taxıl sahəsində qeydə alınıb. Zöhramı kəndində davam edən alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov yaşayış evlərinə yaxınlaşıb. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olur. Küləyin sürəti alovun söndürülməsini də çətinləşdirir. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. FHN-dən verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hal-hazırda rayonun yanğınsöndürmə işləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib