Şabrandakı yanğınla əlaqədar 9 kəndin qaz təchizatı dayandırılıb
Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub. APA xəbər verir ki, bu barədə”Azəriqaz” İstehsalat Birliyindən məlumat verirlib. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib